...

Tərtərdə reyd: Qaydaları pozan sürücülər cərimələnib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2022 18:47 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçiriblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını pozaraq hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qaydaları pozan 15 sürücü barəsində inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti