...

Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb

Cəmiyyət Materials 28 İyun 2022 13:27 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 774 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti