...

Sabah Bakıda 37 dərəcə isti olacaq

Cəmiyyət Materials 13 İyul 2022 12:48 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti