...

Türkiyə nümayəndə heyəti Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi və çəzaçəkmə müəssisəsinə baş çəkiblər (FOTO)

Cəmiyyət Materials 20 İyul 2022 13:17 (UTC +04:00)
Türkiyə nümayəndə heyəti Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi və çəzaçəkmə müəssisəsinə baş çəkiblər (FOTO)

Bakı. Trend:

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) və onun Milli Preventiv Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi və 4 saylı çəzaçəkmə müəssisəsində olublar.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri ilə birgə başçəkmə həyata keçirilib, qonaqlara ölkə təcrübəsi və Ombudsmanın Milli Preventiv Mexanizm çərçivəsində fəaliyyəti barədə ətraflı məlumat verilib.

TİHEK nümayəndələri Penitensiar Xidmətin bu müəssisələrində yaradılan şəraitlə, saxlanılan şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə tanış olublar.

Qeyd edək ki, TİHEK-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən başçəkmələr Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində fəaliyyəti ilə yaxından tanışlıq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti