...

“STAR Colleges” 1-ci ildönümünü qeyd edib (VİDEO)

Cəmiyyət Materials 22 İyul 2022 17:26 (UTC +04:00)
“STAR Colleges” 1-ci ildönümünü qeyd edib (VİDEO)

Bakı. Trend:

1 iyul 2021-ci ildən fəaliyyətə başlayan “STAR Colleges” yaxın günlərdə 1-ci ildönümünü qeyd edib. “STAR Colleges” Azərbaycanın və dünyanın reytinqli universitetlərinə tələbə hazırlığı mərkəzidir.

“STAR Colleges” fəaliyyəti çərçivəsində SAT, IELTS, TOEFL, General English, Duolingo, STAR Kids və.s proqramları üzrə 700-dən çox tələbəyə təhsil verib.

Kurs komandası 10 ildən çox müddətə ixtisaslaşmış müəllim və idarə heyətindən ibarətdir. Hal-hazırda Port Baku və Statistika filialları üzrə fəaliyyət göstərən “STAR Colleges” yaxın zamanda daha 1 filial açılışı ilə gənclərə daha da yaxınlaşmağı planlaşdırır.

“STAR Colleges” daxili tədris mühiti və infrastrukturu yüksək standartlara cavab verəcək şəkildə qurulub.

Kursun tərkibində yaradılan ekosistem vasitəsilə tələbələr qrammatikanı öyrəndikdən sonra imtahan otaqlarında biliklərini möhkəmləndirə, danışıq otaqlarında öyrəndiklərini tətbiq edə və danışıq qabiliyyətini inkişaf etdirə bilirlər.

Sözügedən mühit tələbələrə dərsdənkənar asudə vaxtlarını kitabxanada xarici dildə ədəbiyyatlarla mütaliə edərək keçirmə şansı da təqdim edir.

Beləliklə, “STAR Colleges” tərəfindən təklif olunan xidmətlərə artan maraq və tələb əsasında kurs tələbələr üçün təhsildə daha da geniş imkanları əlçatan edir.

Xəbər lenti

Xəbər lenti