Bakı. Trend:
“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq. Bu da bizi çox sevindirir. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir xatırladıb ki, Ağalı kənd məktəbinə artıq direktor təyinatı da olub: “Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.