...

Xəzərdə növbəti il üçün balıq ovunun kvota proqnozları müəyyən ediləcək

Cəmiyyət Materials 4 Avqust 2022 18:54 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə keçirilən kompleks ekoloji monitorinqlər zamanı götürülmüş plankton, zoobentos nümunələrinin laborator analizləri balıqların təbii yem bazasını, nərəcinsli və digər qiymətli balıq növlərinin populyasiya sayını və vətəgə ehtiyatını təyin etməyə imkan yaradacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov Trend-ə bildirib.

Onun sözlərinə görə, tədqiqatların nəticələrinin müqayisəli təhlili əsasında Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozları müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti