...

Azərbaycanda son sutkada 540 nəfər koronavirusa yoluxub, 370 nəfər sağalıb

Cəmiyyət Materials 5 Avqust 2022 20:01 (UTC +04:00)
Azərbaycanda son sutkada 540 nəfər koronavirusa yoluxub, 370 nəfər sağalıb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib, aktiv xəstə sayı 3 054 nəfərdir.

Ölkədə son sutka ərzində 3 435, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti