...

Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

Cəmiyyət Materials 16 Avqust 2022 14:24 (UTC +04:00)
Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

Bakı. Trend:

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti