...

Meşə yanğınlarında vətəndaşlara dəymiş ziyan ödəniləcək - Etibar Mirzəyev

Cəmiyyət Materials 26 Avqust 2022 12:08 (UTC +04:00)
Meşə yanğınlarında vətəndaşlara dəymiş ziyan ödəniləcək - Etibar Mirzəyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib.

Trend-in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır. Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və ödəniləcək.

"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik",-nazir müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti