...

"Technest” təqaüd proqramının yeni təhsil ili üçün fəaliyyət planı açıqlanıb (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2022 13:41 (UTC +04:00)
"Technest” təqaüd proqramının yeni təhsil ili üçün fəaliyyət planı açıqlanıb (FOTO)

Bakı. Trend:

"Technest” təqaüd proqramının bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir.

Trend-in məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Bacarıq və səriştələrin təkmilləşdirilməsi proqramları” departamentinin rəhbəri Elnarə Əlizadə mətbuat konfransında deyib.

O qeyd edib ki, bir il müddətində tədris proqramından 30 ixtisas üzrə 57 faizi kişi, 43 faizi qadın olmaqla 700-dən çox vətəndaş yararlanıb, onlardan 200 nəfəri iş yeri ilə təmin olunub.

Konfrans zamanı həm də Technest” təqaüd proqramının gələcək fəaliyyət planı açıqlanıb. Belə ki, “Technest” fəaliyyətinin ikinci ilində təqaüdçü sayını 2000 nəfərə çatdırmağı hədəfləyir.

“Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Məhz bu istiqamətdə, “Technest” Təqaüd Proqramı daha geniş coğrafiyalara yayılaraq növbəti regionların Gəncə, Mingəçevir, Lənkəran, Zaqatala, Naxçıvan olmasını hədəfləyir. Qeyd edək ki, proqramın ilk ilində pilot layihə olaraq Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirilir", - deyə o bildirib.

E.Əlizadə qeyd edib ki, 2022-2023 tədris ilində ixtisasların sayının 50-dən yuxarı olması planlaşdırılır.

"Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub", - departament rəhbəri deyib.

Qeyd edək ki, “Technest” təqaüd proqramı 2021-ci il, İnnovasiya və Rəqəmsal İnkişaf Agentiyi tərəfindən təsis edilib. Əsas məqsəd ölkədə İKT istiqamətində təhsil imkanlarını əlçatan etmək və bu sahənin inkişafına töhfə verməkdir. Təqaüd proqramı üzrə yerli brend olan “Technest” – ölkədə ilk İKT kadr bankının yaradılmasına və təqaüdçülərin əmək bazarına inteqrasiyasının təmin olunmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti