...

Güzəştli mənzil satışı hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb - Aparat rəhbəri

Cəmiyyət Materials 15 Sentyabr 2022 10:31 (UTC +04:00)
Güzəştli mənzil satışı hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb - Aparat rəhbəri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil satışı hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb.

Trend-in məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə deyib.

O qeyd edib ki, hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək.

Xatırladaq ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək.

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti