...

Azərbaycanda ölüm halları azalıb

Cəmiyyət Materials 15 Sentyabr 2022 20:55 (UTC +04:00)
Azərbaycanda ölüm halları azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ölüm halları azalıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ölkədə cari ilin yanvar-iyul ayları ərzində 37183 ölüm halı
qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,2-dən 6,4-ə düşüb.

Ümumilikdə, ilin əvvəlindən ölkə əhalisinin sayı 35243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10191609 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti