...

Əczaçılıq sektorunun inkişafı ölkəmizə yeni sərmayələrin cəlbinə xidmət etmiş olacaq - Orxan Məmmədov

Cəmiyyət Materials 7 Oktyabr 2022 17:00 (UTC +04:00)
Əczaçılıq sektorunun inkişafı ölkəmizə yeni sərmayələrin cəlbinə xidmət etmiş olacaq - Orxan Məmmədov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə sisteminin əsas həlqəsindən olan əczaçılıq sahəsi demək olar ki, cəmiyyətimizin bütün tərəflərini və üzvlərini əhatə edir.

Trend-in məlumatına görə, bunu “Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, son illərdə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara çatdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradıb.

“Bu sahədə fəaliyyət göstərən sahibkarların rəqabətədavamlılığının artırılması, onların göstərdiyi xidmətlərin daha da keyfiyyətli və müasir standartlara uyğunlaşdırılması prioritet istiqamətlərdən birinə çevrilmişdir. Ümumilikdə, Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması ölkənin iqtisadi sənayesinin inkişafı və qeyri-neft sektorunun payının artması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, əczaçılıq məhsullarının idxalına hər il orta hesabla 300 milyon ABŞ dolları həcmində vəsaitin xərcləndiyini nəzərə alsaq, əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axının azalmasına və yeni sərmayələrin cəlb edilməsinə də xidmət etmiş olacaqdır.
Hələ də tam olaraq sona çatmayan COVİD-19 pandemiyası tibbi məhsullar ilə özünütəminetmə məsələsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.

Azərbaycanda həm pandemiya dövründə, həm ondan əvvəl də istər əczaçılıq sənayesinin, istərsə də tibb sənayesinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Əczaçılıq üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı bu işdə böyük önəm daşıyır”, - deyə sədr bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti