...

İmplantoloq ağız cərrahı Dr. Emil İmanovun stomatoloji elmi-praktik nəşrləri (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2022 20:00 (UTC +04:00)
İmplantoloq ağız cərrahı Dr. Emil İmanovun stomatoloji elmi-praktik nəşrləri (FOTO)

Bakı. Trend:

İmplantoloq ağız cərrahı olaraq Dr.Emil İmanov artıq 17 ildən çoxdur ki, stomatoloji sahədə istər elmi-nəzəri, istərsə də praktiki cəhətdən peşəkar fəaliyyət göstərir. Azərbaycanda stomatoloji anesteziya sahəsində yerli dildə ərsəyə gətirilən ilk elmi stomatoloji nəşrin həmmüəlifi də olaraq bir çox beynəlxalq layihələrdə ölkəmizin tibb sahəsində inkişafı adına təqdirəlayiq uğurlara imza atmışdır. Nəşlərdən öncə isə gəlin təhsil və iş həyatına nəzər salaq:

Təhsil

Dr.Emil İmanov 1999-2004-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsindən məzun olduqdan sonra 2005-2006-cı illərdə Avstriyanın Graç Tibb Universiteti, Ağız cərrahiyyəsi kafedrası və implantologiya üzrə ixtisaslaşma keçmişdir. 2012-2014- cü illər ərzində Almaniyanın Frankfurt (Höte) Universiteti Oral İmplantologiya üzrə Master təhsilini aldıqdan (MOİ- Master Oral İmplantology) sonra isə vətənə qayıdaraq beynəlxalq təcrübənin yerli sektorda icrası və stomatoloji bilgi sferasının təkmilləşdirilməsi üzərinə çalışmalara başlamışdır.

2008-ci ildə “İmplant Estetik Stomatoloji Mərkəz” klinikasında ağız cərrahı və implantoloq ,2008-2015-ci illərdə “Estetik diş” klinikasında cərrah stomatoloq və implantoloq, 2015-2019-cu illər arası isə “İmplant Art” klinikasının baş həkimi və ağız cərrahı, implantoloq olaraq fəaliyyət göstərmişdir.

2020-ci ildən etibarən “Pro İmplant” Estetik Stomatoloji Klinikasını təsis etmiş və burada baş həkimi, implantoloq, ağız cərrahı olaraq fəaliyyətinə davam etmişdir.

2015-2019-cu illərdə İTİ Baku Direktoru (İnternational Team for İmplantology – Beynəlxalq implantoloqlar cəmiyyəti), 2010-dan etibarən EDAD Bakı (Estetik Dişhəkimliyi Akademik Dərnəyi) sədr müavini və 2016-2020-dək isə AZİİB prezidenti (Azərbaycan İmplantoloqları İctimai Birliyi) kimi fəaliyyət göstərmişdir.

Elmi Nəşrlər

Dr. Emil İmanov 2009-cu ildə nəşr olunmuş “Stomatoloji praktikada yerli anesteziya” tədris vəsaitinin həmmüəllifi olmuşdur. Qeyd edək ki, bu kitab Səhiyyə Nazirliyi tərəfindən tədris vəsaiti olaraq təsdiqlənmiş, tibb tələbələrinin elmi-praktiki inkişafı üçün buraxılmışdır. Bu kitab Stomatologiyada olan bütün yerli anesteziya (keyləşdirmə) üsullarını özündə cəmləşdirir. İlk dəfə olaraq bu kitabda bütün anesteziya üsulları klinik olaraq insan üzərində animasiya şəklində göstərilmişdir. Həmin videoanimasiyalar kitab daxilindəki diskdə yerləşdirilmişdir. Bu materialları eyni zamanda Dr.Emil İmanovun stomatoloq və pasientlər üçün faydalı resurs olan Stomatoloq Emil TV Youtube kanalından da əldə edə bilərsiniz.

2009-cu ildə Almaniya nəşriyyatı olan TW Media ilə müqavilə bağıayaraq Azərbaycanda ilk praktik jurnal çıxarılmışdır. Bu nəşriyyatın seçmə məqalələri tərcümə edilmiş, eyni zamanda jurnalda yerli mütəxəssislərin də elmi məqalələrinə yer verilmişdir.

2012-ci ildə nəşr olunmuş Alman müəllifi Rainhord Marxkorsun “Çıxmayan ortopedik stomatoloji restavrasiyalar” kitabının azərbaycan dilinə tərcümə redaktoru olmuşdur. Bundan 2 il sonra dünyanın ən böyük stomatoloji jurnalı olan Quntessenz jurnalı ilə müqavilə bağlamış, onun azərbaycan bölməsinin baş redaktoru kimi fəaliyyətə başlamışdır. Bunun sayəsində Azərbaycan Stomatologiya yeni cığırlar açılmış, ölkəmizin tibb dünyasında özünə proqressiv yer tutmasına dəstək göstərilmişdir.

Əlavə olaraq isə bu ilin, yəni 2022- ci il dekabr ayında növbəti kitab olan İmplantasiyada Yerli Məqalələr kitabı işıq üzü görəcək. Bu layihənin də səhiyyənin elmi-praktiki inkişafında böyük faydası olacağını düşünür və yeni proyektlərə yol açacağına ümid edirik.

Xəbər lenti

Xəbər lenti