...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 Oktyabr 2022 20:55 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya vurulmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunan isə 1 nəfər, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan isə qeydə alınmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 902 793, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 156, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 885, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 276, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 476 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti