...

Xaricdə təhsil alan tələbələrin köçürülməsi qanunla tənzimlənəcək

Cəmiyyət Materials 19 Oktyabr 2022 11:05 (UTC +04:00)
Xaricdə təhsil alan tələbələrin köçürülməsi qanunla tənzimlənəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xaricdə təhsil alan tələbələrin köçürülməsi qanunvericiliklə tənzimlənəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitə sədri Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, xaricdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə boşluq var.

"Ölkə daxilində fəaliyyət göstərən özəl təhsil müəssisələri ilə bizim problemimiz yoxdur, bu təhsil müəssisələrində tələbələrin köçürməsi tənzimlənir. Amma xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi mövcud qaydalarla tənzimlənmirdi. Yeni təklif etdiyimiz qaydalar artıq bunu da əhatə edəcək”, - komitə sədri bildirib.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti