...

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2022 18:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan İğdır Aralıq Bələdiyyəsinin başqanı, AK Partinin tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Bahri Önal, Murat Ekinci, Metin Akkuş, Fatih Keklik, həmçinin türkiyəli qonaqları müşaiyət edən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev Azərbaycan Mətbuat Şurasında olublar.

Trend-in məlumatına görə, MŞ sədri Rəşad Məcidlə yanaşı, Şuranın İdarə Heyətinin üzvləri – Müşfiq Ələsgərlinin, Yeganə Hacıyevanın və Aqil Ələsgərin qatıldıqları görüşdə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin müxtəlif aspektlərindən söz açılıb. Mövcud xüsusda bildirilib ki, əgər Azərbaycanın müstəqilliyinin ilk 10 ilində media əlaqələri daha çox fərdi səciyyə daşıyırdısa, sonrakı mərhələdə ayrı-ayrı qurumlar arasında da təmaslar güclənib. MŞ sədri R.Məcid bu baxımdan qarşılıqlı jurnalist səfərlərinin reallaşdırılmasının, təcrübə mübadiləsinin genişlənməsinin əhəmiyyətindən söz açıb, məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan, Türkiyə və ümumilikdə türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan və Türkiyə mediasının, jurnalist birliklərinin əməkdaşlığının mühüm tərəflərindən söz açılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti