...

Xaçmazda şəhid Vahid Baxşıyevin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2022 17:15 (UTC +04:00)
Xaçmazda şəhid Vahid Baxşıyevin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun Bayoba kəndində 44 günlük Vətən müharibəsində şəhid olan gizir Vahid Baxşıyevin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi inşa olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Bayoba kəndində şəhidin ailə üzvləri ilə görüşüb, bulaq kompleksinə baxış keçirib. Kənd qəbristanlığında şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Vahid və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Səmimi söhbət zamanı Vahid Baxşıyevin şərəfli həyat yolundan söhbət açılıb. Bildiriblər ki, Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı gizir oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhid Vahid Baxşıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin valideynləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti