...

Ağdam rayonunun işğaldan azad olunmasının ikinci ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2022 22:09 (UTC +04:00)
Ağdam rayonunun işğaldan azad olunmasının ikinci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 20 noyabr tarixində Ağdam rayonu bir güllə belə atılmadan işğaldan azad olunub.

Trend xəbər verir ki, bu münasibət ilə Ağdam şəhərində rayonun işğaldan azad olunmasının iki illik ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Xüsusi Nümayəndəlik, ərazidə fəaliyyət göstərən dövlət orqanları, şəhid ailələri, qazilər və Ağdam rayonu ictimaiyyət nümayəndələri tərəfindən ilk olaraq Şəhidlər Xiyabanı ziyarət olunmuş, 44 günlük müharibədə qəhrəmancasına döyüşərək, şəhid olanların adları həkk olunmuş lövhənin qarşısında əkil və güllər qoyulub, dualar oxunub və şəhidlər xiyabanı ziyarət edilib.

Ağdam Konfrans Mərkəzində davam edən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca 1 dəqiqəlik sükutla Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayaraq, açılış sözü ilə çıxış edib və Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Daha sonra rayon ictimaiyyət nümayəndələri tərəfindən Möhtərəm Prezident cənab İlham Əliyevə Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ünvanlanan təşəkkür məktubu səsləndirilib.

Rəsmi hissəsinin ardınca, tanınmış və görkəmli incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti