...

Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırıb

Cəmiyyət Materials 22 Noyabr 2022 17:36 (UTC +04:00)
Rusiya aviaşirkəti Bakıya reyslərin sayını artırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Utair" aviaşirkəti noyabr ayında Samaradan Bakıya reyslərin sayını həftədə iki dəfədən üç dəfəyədək artırıb.

Trend-in məlumatına görə, bu barədə bu gün şirkətin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, əlavə reys çərşənbə axşamları yerinə yetiriləcək. Uçuş Samaradan yerli vaxtla 12:40-da, Bakıdan əks istiqamətdə 17:05-də həyata keçiriləcək.

Eyni zamanda, şirkətin cümə axşamı və bazar günləri reyslərinin cədvəli dəyişməz qalır.

"Utair" aviaşirkəti Moskva, Qroznı, Samara, Ufa, Sankt-Peterburq, Tümen, Surqut şəhərlərindən Bakıya, Moskva şəhərindən Gəncə və Naxçıvana uçuşlar yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti