...

ADNSU ilə Zonguldak Bülent Ecevit Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2022 19:23 (UTC +04:00)
ADNSU ilə Zonguldak Bülent Ecevit Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Noyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı (ADNSU) Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz və nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ADNSU-dakı tədris prosesi, görülən işlər, əməkdaşlıq əlaqələri və yeni layihələr haqqında qonaqlara ətraflı məlumat verilib. Rektor, professor Mustafa Babanlı, həmçinin, Zonguldak Bülent Ecevit Universiteti haqqında danışıb, bildirib ki, bu təhsil müəssisəsi ilə enerji sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir və yeni müştərək layihələr hər iki təhsil müəssisəsinə böyük uğurlar vəd edir.

Zonguldak Bülent Ecevit Universitetinin rektoru, professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz çıxış ediblər, əməkdaşlıqda yeni perspektivlərdən bəhs ediblər. Professor İsmail Hakkı Özölçer Azİİ təcrübəsinin ömənindən danışıb və bu universitetlə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti