Bakı. Trend:
23 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Şabran rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
AQTA-dan Trend-ə verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir | 
| Bakı şəhəri üzrə | |||
| 1. | Məmmədov Müşfiq Əyyub oğlu | Nizami rayonu, M.Şərifli küçəsi 92 | İnzibati protokol tərtib edilib | 
| 2. | Əliyev Mübariz Mahir oğlu | Nizami rayonu, R.Teymurov küçəsi 87/97 | İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb | 
| 3. | Novruzov Rəhman Şirin oğlu | Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 21 | Yenidən bərpa edilmiş qurğular sökülüb | 
| 4. | Ələkbərov Əmirxan Köçəri oğlu | Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi | Yenidən bərpa edilmiş qurğular sökülüb | 
| Xaçmaz rayonu üzrə | |||
| 5. | Ağayev Vahid Gülü oğlu | Xaçmaz şəhəri, Mərkəzi Bazar | İnzibati protokol tərtib edilib | 
| Şabran rayonu üzrə | |||
| 6. | Aşurov Emin Əliağa oğlu | Şabran şəhəri, Mərkəzi Bazar ərazisi | İnzibati protokol tərtib edilib | 
| 7. | Bağırov Taleh | Şabran şəhəri, Mərkəzi Bazar ərazisi | İnzibati protokol tərtib edilib | 
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
 
                                    