Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova deputat Razi Nurullayevin Elm və Təhsil Nazirliyini sərt tənqid etməsinə iradını bildirib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında S.Qafarova bildirib ki, təhsil naziri Emin Əmrullayev çox açıq adamdır.
“Əgər hansısa problemlər varsa, məktub yazıb cavab ala bilərsiniz. Məktub yazmayacaqsınız, cavab almayacaqsınız. Təhsil Nazirliyi haqqında belə danışmaq mən düşünürəm ki, düzgün deyil. Əgər məktub göndərib cavab ala bilmirsinizsə, dublikatını bizə göndərin biz nəzarətə götürək”, - deyə S.Qafarova əlavə edib.
Qeyd edək ki, Razi Nurullayev deyib ki, bu günə qədər elm və təhsil nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur