Bakı. Trend:
Azərbaycanda 310 minə yaxın şəkərli diabet xəstəsi var.
Trend-in məlumatına görə, bunu bu gün “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatı mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb.
“Artıq çəki insanlar üçün ciddi problemlər yaradır. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk”, - deyə o qeyd edib.
Agentlik sədri əlavə edib ki, Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir.