...

Azərbaycanda əhalinin 47 fazidən 62 faizə qədəri artıq çəkidən əziyyət çəkir - TƏBİB

Cəmiyyət Materials 8 Dekabr 2022 16:50 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin yaydığı son hesabata görə, Azərbaycanda əhalinin 47 %-dən 62 %-ə qədəri artıq çəkidən, 7.9 %-dən 15.1 %-ə qədəri isə piylənmədən əziyyət çəkir.

Trend-in məlumatına görə, bunu bu gün “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O qeyd edib ki, bu rəqəmlər səhiyyə qurumlarında ciddi qayğı yaradır: "Piylənmədən əziyyət çəkənlər yanaşı olaraq digər xəstəliklərdən də əziyyət çəkir. Bu məsələdə həmrəylik nümayiş etdirmək lazımdır. Odur ki, TƏBİB olaraq bir çox dövlət və özəl qurumlarla əməkdaşlığa maraqlıyıq və bu işə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti