...

Sertifikasiyadan keçiriləcək təhsil işçilərinin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Dekabr 2022 12:52 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

125 min təhsil işçisinin sertifikasiyadan keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.

Nazir qeyd edib ki, hazırda pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin sayı 150 mindən bir qdərə çoxdur.

"Onlardan 125 mini məhz təhsil verməklə məşğuldur, digərləri isə direktor, direktor müavinləri və digər vəzifələrdə çalışan şəxslərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti