...

Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır - Nadir Zeynalov

Cəmiyyət Materials 16 Dekabr 2022 09:59 (UTC +04:00)
Təcili tibbi yardımın təkmilləşdirilməsi üçün iş aparılır - Nadir Zeynalov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələdir.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar.

“Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı əsas məsələlərdən biri təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti