...

Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq

Cəmiyyət Materials 28 Dekabr 2022 10:20 (UTC +04:00)
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı.Trend:

Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür: "Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik", - A.Bağırov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti