Bakı. Trend:
Hazırda Azərbaycanda 982 qazlaşmayan kənd var.
Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkə ərazisində qazlaşma prosesi tam başa çatmadığından bəzi ucqar kəndlər yanacaq üçün oduncaqdan istifadə edir.
Ötən il 64 min kubmetr oduncağın satılmasına icazə verilib. "Bu Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
Bu il tədarük edilən 71 min kub metr oduncağın 36 min kubmetri
əhaliyə satılıb.
Hazırda Azərbaycanda 982 qazlaşmayan kənd var. 426 kənd bilavasitə
meşə ilə həmsərhəddir. Onların 90 faizi yanacaq üçün odundan
istifadə edir.
Meşə ətrafı kəndlərin yanacaq tələbatının ödənilməsinə çalışırıq. Bununla bağlı biz əhali arasında görüş keçirib onların yanacaq tələbatını müəyyən edirik" .