...

İnsanlar heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 18 Yanvar 2023 15:24 (UTC +04:00)
İnsanlar heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər - Səhiyyə Nazirliyi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İnsanlar rahatlıqla öz yaşayış məntəqələrinə yaxın ailə sağlamlıq mərkəzlərinə müraciət edərək heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər.

Trend-in məlumatına görə, bunu bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev bildirib.

V.Əliyev qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə inaktiv qrip peyvəndi (İİV4) gətirilərək bütün poliklinikalara paylanılıb.

Onun sözlərinə görə, risk qrupunda olan insanlar əvvəllər peyvənd etməyiblərsə, fevral ayına qədər peyvənd vurdura bilərlər.

“Qrip əsasən oktyabr ayından başlayaraq dekabr ayında artan və hər il aprel-may aylarını da əhatə edən dövrdə aktiv görülür. Bu səbəbdən qrip peyvəndi hər il oktyabr ayından başlayaraq vurulmalıdır. Bununla yanaşı, qripdən qorunmaq üçün tez-tez əlləri yumaq, sağlam qidalanma və mövsümə uyğun geyinmək kimi şəxsi ehtiyat tədbirləri ilə yanaşı, xüsusilə, peyvənd risk altında olan insanlar üçün ən təsirli qorunma üsuludur”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti