Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 112758 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən xəbərə görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,2-yə qədər artıb.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Doğulan körpələrdən 3154-ü əkiz, 150-si üçəm, 8-i isə dördəm olub.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan üzrə 103 502 körpə doğumu qeydə alınıb.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,3-ə qədər artmışdır.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olmuşdur. Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulmuşdur.