Bakı. Trend:
Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən Trend-ə verilən məlumata görə, buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.
“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib.