Bakı. Trend:
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri işdən çıxıb.
Trend-in məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elnur Hidayətoğlu bu vəzifəyə 2021-ci ildə təyin edilib. Bundan öncə o Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda şöbə müdiri vəzifəsində çalışıb.