...

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş futbol görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2023 15:26 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş futbol görüşü keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş futbol görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunan yarış 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın övladlarının iştirakı ilə keçirilib. 12-15 yaş qrupunda olan məktəblilər arasında təşkil edilən futbol görüşü “ASK Arena” idman kompleksində baş tutub. Yarışın sonunda Böyük Qələbəni bizə bəxş edən şəhidlərimizin əmanəti olan övladları Korporasiyanın rəsmisi tərəfindən xatirə medalları və futbol topları ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti