...

Hatay hava limanı bağlıdır

Cəmiyyət Materials 6 Fevral 2023 19:51 (UTC +04:00)
Hatay hava limanı bağlıdır

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələ nəticəsində yalnız Hatay hava limanının fəaliyyəti dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, digər hava limanlarından sərnişin daşınması həyata keçirilə bilər.

“Zəlzələdə həyatını itirənlərin sayının artacağını düşünürük. Hava şəraitinin pis olmasının da xilasetmə işlərinə təsiri var”,- deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9 733-ə çatıb. Təkanlar ölkənin 10 vilayətində ciddi dağıntılara səbəb olub.

Xəbər lenti

Xəbər lenti