...

Hatayda dağıntılar altından ikiaylıq körpə xilas edilib (VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2023 12:31 (UTC +04:00)
Hatayda dağıntılar altından ikiaylıq körpə xilas edilib (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində baş vermiş zəlzələdən sonra dağıntılar altından ikiaylıq körpə xilas edilib.

Trend-in məlumatına görə, körpə 29 saat dağıntılar altında qaldıqdan sonra xilasedicilər tərəfindən tapılıb.

Mehmet Çinar adlı körpə dərhal təcili yardıma çatdırılıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, daha 20426 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti