...

Bugünədək Qarabağda minadan təmizlənənən ərazinin sahəsi açıqlanıb

Cəmiyyət Materials 7 Fevral 2023 14:19 (UTC +04:00)
Bugünədək Qarabağda minadan təmizlənənən ərazinin sahəsi açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Bugünədək Qarabağda 64 min hektar ərazi minalardan təmizlənib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "“Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin təqdimatına həsr olunmuş tədbir​də deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 28 mindən çox piyada əleyhinə mina və 39 mindən çox partlamamış hərbi sursat aşkarlanıb.

"Minatəmizləmə prosesində bir sıra beynəlxalq institut və ölkələr ölkəmizə istər maliyyə nöqteyi-nəzərindən, istərsə də texnika, avadanlıq və digər vasitələrin təmin olunması yolu ilə köməklik göstərir. ANAMA da öz təcrübəsini digər ölkələrlə paylaşmağa hazırdır", - o deyib.

V. Süleymanov son iki il ərzində 282 nəfər azərbaycanlı Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub, bunlardan 46 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti