...

Zığ qəsəbəsi - “Qara Qarayev” xətti üzrə sərnişindaşıma “BakuBus”a həvalə edilib

Cəmiyyət Materials 7 Fevral 2023 17:51 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən müvafiq sərəncam ilə 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.

Bu barədə Trend-ə BNA-dan məlumat verilib.

Bildirilib ki, məqsəd, 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir.

Sərəncama əsasən “BakuBus” MMC-yə 08 fevral 2023-cü il tarixindən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalarını təşkil etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti