...

SOCAR Türkiyə zəlzələ bölgəsində xilasetmə maşınlarına benzin və dizel dəstəyi verir

Cəmiyyət Materials 7 Fevral 2023 22:33 (UTC +04:00)

Bakı. Trend:

SOCAR Türkiyə zəlzələ bölgəsində bütün təcili yardım, yanğınsöndürmə maşınları, AFAD və digər təşkilatların xilasetmə maşınlarına benzin və dizellə təmin edir.

Trend xəbər verir ki, bu barədə SOCAR Türkiyənin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti