...

“Vest Produkt Marketinq” MMC Türkiyəyə yardım etdi!

Cəmiyyət Materials 8 Fevral 2023 18:00 (UTC +04:00)
“Vest Produkt Marketinq” MMC Türkiyəyə yardım etdi!

Bakı. Trend:

Qardaş ölkə Türkiyədə baş verən dağıdıcı zəlzələ xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şirkətimiz adından zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Westgold, Golden Crown, Gerda, Korovushka, Ashrafi və Sun Palermo və s. brendlərin idxalı və distribusiyasını həyata keçirən “Vest Produkt Marketinq” MMC tərəfindən qardaş Türkiyədə baş verən zəlzələdən təsirlənən insanlara yardım etmək məqsədilə AFAD rəsmi hesabına 500000 TL dəyərində yardım edilmişdir.

Tezliklə baş verən hadisənin nəticələrinin aradan qaldırılmasına və insanların normal həyatlarına davam etməsinə ümid edirik.

Qeyd etmək istəyirik ki, “Vest Produkt Marketinq” MMC ölkəyə əsasən kərə yağı, duru yağ, pendir, düyü markalarının idxalını və distribusiyasını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti