Bakı. Trend:
Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə
yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin
edilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu
vəzifələri layiqincə yerinə yetirir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz
rayon Şöbəsinin rəisi Rahim Ağayev qurumun yaranması, inkişafı və
fəaliyyəti barədə geniş məlumat verib.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd
Balaqadaşov və yerli hüquq mühafizə orqanlarının rəhbərləri xidmət
əməkdaşlarına təbriklərini səsləndiriblər.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və medallar təqdim olunub.