...

Azərbaycanda 17 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Cəmiyyət Materials 16 Fevral 2023 18:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2-si vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 071 nəfər müalicə olunaraq sağalıb, 10 101 nəfər vəfat edib, aktiv xəstə sayı 120 nəfərdir.

Ölkədə son sutka ərzində 1 480, hazırkı dövrədək isə 7 510 900 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti