...

Yanvar ayında Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Cəmiyyət Materials 28 Fevral 2023 16:20 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 58,8 faiz artaraq 663 milyon 808 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, bu ilin yanvar ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2022-ci ilin yanvar ayı ilə müqayisədə 51,2 faiz artaraq 635 milyon 722 min dollar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52,975 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq19,369 milyard dollara, idxalı isə 20,7 faiz artaraq 33,606 milyard dollara çatıb.

2023-cü ilin yanvar ayında, ən çox ixracat edilən ölkə, Almaniya olub.

Belə ki, 2023-cü ilin yanvar ayında Türkiyədən Almaniyaya 1,826 milyard dəyərində mal ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti