Bakı. Trend:
Qarşımızda Azərbaycanın bütün ərazilərində suverən hüquqlarımızın təmin edilməsi kimi məqsədlər dayanır.
Trend-in məlumatına görə, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Bahar Muradova İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfransda çıxışı zaman deyib.
O qeyd edib ki, bu prosesdə hər kəsin töhfəsi olmalıdır.
“Qarabağ məsələsində hər birimiz necə bir yumruğa çevrildiksə, tarixi torpaqlarımıza qayıdış prossesi də bu cür reallaşacaq. Hazırda ekofəallar həqiqətləri dünyaya çatdırırlar. Bu gün bizim dünyada multikultural dəyərlərə malik olan dövlət və xalq kimi tanınmağımızın bünövrəsində məhz bizim milli dəyərlərimiz və ənənələrimiz dayanır. Azəraycanın qarşıya qoyduğu hədəflər tək özü üçün yox, yerləşdiyi bölgədə və regionda yaşayan bütün xalqlar üçün bərabər haqlar uğrunda mübarizənin önündə olan bir ölkədir”, - deyə B.Muradova əlavə edib.