Bakı. Trend:
Valideyin nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdənkənarda qalan, müxtəlif qanun pozuntularına yol verdiklərinə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4805, o cümlədən avaraçılıq və dilənçiliklə məşğul olan 685 azyaşlı gətirilib və hər biri haqqında qanunauyğun tədbirlər görülüb.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
Valideyin himayəsindən kənarda qalmış və sosial təhlükəli vəziyyətlə üzləşmiş 143 azyaşlı körpələr və uşaq evlərinə, sosial sığıncaqlara yerləşdirilib.
Hesabat ilində uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları avaralıq və dilənçiliyə cəlb edən 232 valdeyin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protocol tərtib edilərək məhkəmələrə və yerli icra hakimiyyətləri yanında komissiyalara göndərilib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.