...

MİDA “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2023 13:59 (UTC +04:00)
MİDA “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Agentliyin Hövsan Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsinin ərazisində ağacəkmə aksiyası keçirilmişdir.

MİDA-dan Trend-ə bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 ili münasibətilə keçirilən aksiyanın əsas məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndərin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin 100-ə yaxın əməkdaşı tərəfindən 500-ə yaxın şam, sərv və müxtəlif meyvə ağacları əkilmiş, ərazidə olan bitkilərə qulluq göstərilmiş, təmizlik, suvarma və abadlaşdırılma işləri aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti