...

Notariuslar bu şəxslərdən nəqliyyat xərclərini tələb edə bilməyəcək

Cəmiyyət Materials 30 Mart 2023 11:03 (UTC +04:00)
Notariuslar bu şəxslərdən nəqliyyat xərclərini tələb edə bilməyəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda notariuslar sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərdən nəqliyyat xərclərini tələb edə bilməyəcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Notariat haqqında” qanuna dəyişiklik edilir.

Hazırda notarius yerlərindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxslər tərəfindən ödənilir. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə sosial xidmət müəssisələrinin müdiriyyətinin etibarnamə vermə səlahiyyəti məhdudlaşdırıldığından və notarius xidmətinə ehtiyacın yarana biləcəyindən qanuna müvafiq deyişiklik edilməsi zərurəti yaranır. Belə ki, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. Notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti