...

Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək - Aydın Kərimov

Cəmiyyət Materials 8 Aprel 2023 13:56 (UTC +04:00)
Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək - Aydın Kərimov
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək.

Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.

A.Kərimov TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçılarına Azərbaycanın mədəni-tarixi irsi haqqında məlumat verib.

"Şuşada 196 tarixi abidə var idi və onların çoxu təəssüf ki, erməni işğalı zamanı dağıdılıb. Lakin gördüyünüz kimi, şəhərdə tikinti-bərpa işləri intensiv şəkildə gedir. Qafqazın mirvarisi olan Şuşa şəhərinin əvvəlki füsunkarlığını tez bir zamanda qaytarmaq üçün yeni layihələr hazırlamağı planlaşdırırırq”.

Qeyd edək ki, aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib. Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti