...

Azərbaycanda vəkillərin 20 faizi qadındır

Cəmiyyət Materials 11 Aprel 2023 11:34 (UTC +04:00)
Azərbaycanda vəkillərin 20 faizi qadındır
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qadın vəkillərin sayı artmaqda davam edir və hazırda vəkillik fəaliyyəti ilə məşğul olanların 20 faizini qadınlar təşkil edir.

Trend-in məlumatına görə, bunu bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov vəkillərin andiçmə mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün də vəkilliyə namizədlərin 26 faizi xanım namizədlərdir: “Aparılan islahatlar nəticəsində vəkillik institutu təkmilləşir və inkişaf edir. Ümid edirəm ki, qadın vəkillərimizin sayı gələcəkdə də artacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti